RU

Quş qripi pinqvinlərə də gedib çatdı

Bakı. Trend:

Quş qripi adı ilə tanınan “H5N1” ilk dəfə olaraq Cənubi Hindokeanının ən ucqar Avstraliya ərazilərindən biri olan Herd adasındaAdeli pinqvinlərində aşkarlanıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin federal hökumətiməlumat yayıb.

Pinqvinlərin ardınca virus dəniz pişiklərində və papuapinqvinlərində də aşkar edilib. İnfeksiyanın mövcudluğu AvstraliyaAntarktika Proqramının ekspedisiyası zamanı toplanmış nümunələrinlaborator analizləri ilə təsdiqlənib.

Söhbət son illərdə dünyanın müxtəlif regionlarına yayılmış vəvəhşi quşlar ilə dəniz məməliləri arasında kütləvi tələfata səbəbolmuş H5N1-in yüksək patogenli ştamından gedir.

Qeyd edək ki, virusun aşkarlanması ilə bağlı ilk hal deyil.2025-ci ilin noyabrında eyni ştam cənub dəniz fillərində də qeydəalınıb. Beləliklə, bir neçə ay ərzində infeksiya həmin ərazidəməskunlaşan müxtəlif heyvan növlərində təsdiqlənib.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники