RU

"Yuventus"un futbolçusunun cəzası ləğv olunmadı

style='margin-bottom:10px;'>

İtaliya A Seriyasında qəribə hadisə yaşanıb. Hakimlər Komitəsi səhvini etiraf etsə də, futbolçunun cəzası qüvvədə qalıb.

QOL.az xəbər verir ki, A Seriyası rəhbərliyi ötən turun intizam qərarlarını açıqlayıb. Siyahıda "Yuventus"un müdafiəçisi Pyer Kalulunun da adı var.

Xatırladaq ki, Hakimlər Komitəsinin sədri Canluka Rokki həmin epizodda ikinci sarı vərəqənin səhv göstərildiyini bildirərək rəsmən üzr istəyib. Lakin reqlamentə uyğun olaraq hakim qərarı protokolda qeyd edildiyi üçün ləğv olunmayıb və oyunçuya 1 oyunluq cəza tətbiq olunub.

Beləliklə, Kalulu fevralın 21-də "Komo" ilə keçiriləcək çempionat matçında komandasına kömək edə bilməyəcək.

Избранный
11
1
teleqraf.com

2Источники