RU

Qazaxıstanda güclü zəlzələ baş verib

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Qazaxıstanda 5,0 maqnitudalı zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələ çərşənbə axşamı, 17 fevral tarixində qeydə alınıb. Yeraltı təkanlar ölkənin şərq hissəsində yerli vaxtla saat 15:08-də qeydə alınıb.

Zəlzələnin episentri əhalisi təxminən 13 min nəfər olan Turgen kəndindən 17 kilometr şərqdə yerləşib. Ocaq 13 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
4
baku.ws

9Источники