RU

Türkiyədə müğənni Edis barədə saxlanılma qərarı verildi

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik istintaqı çərçivəsində məşhur müğənni Edis Görgülü barəsində saxlanılma qərarı elan olunub.

Moderator.az-ın xəbərinə görə, bu barədə Sondakika.com saytı məlumat verib.

Məlumatda o da bildirilir ki, sənətçi ötən gecə ölkə xaricinə səfər edib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaqı çərçivəsində 25 nəfəri əhatə edən əməliyyat keçirib. İstintaq "Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi, saxlanması və ya satın alınması", "Fahişəliyə təhrik etmə və vasitəçilik etmək" və "Narkotik istifadəsini asanlaşdırmaq" maddələri üzrə aparılır.

Əməliyyat zamanı şübhəlilərdən 19 nəfəri saxlanılıb.

Tutulanlar arasında müğənnilər Murat Dalkılıç və Kaan Tangöze, aktyor İsmail Hacıoğlu, boksçu Adem Kılıçcı, Furkan Koçan, iş adamı və "Terzi" restoranının sahibi Hakan Tunçelli, Murat Cevahiroğlu, Barış Talay, Hakan Kakız, Kamal Doğulu, Murat Öztürk, Alihan Taşkın, Tolga Sezgin, Ramazan Bayar, Aygün Aydın və Buse Görkem Narcı da var.

Избранный
13
1
moderator.az

2Источники