RU

“Bəzi bakalavrlar ikinci cəhd imtahanında nəticələrini yaxşılaşdırmalıdırlar”

"Magistratura imtahanı ilə bağlı bir neçə bakalavrla söhbət apardım və nəticə etibarilə imtahanın təşkili ilə bağlı hər hansı bir narazılıq yoxdur. İmtahan çox şəffaf formada keçib. İmtahan sualları ilə bağlı elə də çox ciddi çətinlik olduğunu bildirmədilər. Sadəcə məntiq fənni ilə bağlı bəzi sualları cavablandırmağın bir o qədər də asan olmadığını bildirdilər".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi.

"Birinci cəhd imtahanıdır, bəzi bakalavrlar üçün, təbii ki, hazırlıqlarından asılı olaraq imtahan çətin ola bilər. Amma hazırlığı tamamlamış bakalavrlar üçün imtahan, bildirildiyi kimi, normal keçib. Bakalavrların ikinci cəhd imtahanı da var, əllərində bu şans da var. Kimlər ki, nəticələri zəifdirsə, onlar qarşıdakı üç ay ərzində daha da ciddi hazırlaşıb nəticələrini artıra bilərlər. Mövcud nəticələrinin üzərinə ən azı müvafiq olaraq 15-20 bal da əlavə gətirə bilərlərsə, düşünürəm ki, bu il magistraturaya qəbul şanslarını artıra bilərlər.

Ümumilikdə 20 mindən çox şəxs müvafiq olaraq imtahan prosesində iştirak edib. Bu isə mövcud plan yerləri ilə müqayisə edəndə haradasa 4-5 min nəfərin daha artıq müsabiqəyə qatıldığı deməkdir. Nəzərə alsaq ki, ikinci cəhd imtahanında da iştirakçılar və yeni iştirakçılar olacaq, ona görə də düşünürəm ki, bəzi bakalavrlar ikinci cəhd imtahanında nəticələrini yaxşılaşdırmalıdırlar", - deyə ekspert yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Избранный
66
1
redaktor.az

2Источники