RU

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Ucuz dərmanlar orqanları SIRADAN ÇIXARA BİLƏR

Arıqlama dərmanlarına qənaət etmək sağlamlıq üçün təhlükəlidir.

İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssislər məlumat yayıb.

Həkimlər xəbərdarlıq edirlər ki, arıqlamaq üçün nəzərdə tutulan preparatların ucuz variantlarını almaq ciddi fəsadlara yol aça bilər.

Adətən insanlar büdcələrinə qənaət etmək üçün daha ucuz məhsulları seçməyə çalışırlar. Lakin bu, qaraciyər və böyrək problemlərinə, hətta xəstəxanaya yerləşdirilməyə səbəb ola bilər.

Məlumata görə, dərman və kosmetika istehsalında geniş istifadə olunan benzil spirti allergik reaksiyalar törədə bilər və orqanizmdə toplandıqda toksik təsir göstərir.

Mütəxəssislər qeyd edir ki, hazırda kifayət qədər populyar olan və müxtəlif kampaniyalarla, endirimlərlə təklif edilən “Sejaro” kimi preparatlar sağlamlıq üçün ən yaxşı seçim deyil.

Bu səbəbdən dərman seçimi zamanı qiymət amilinə deyil, keyfiyyətə və həkim tövsiyəsinə üstünlük verilməsi vacibdir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники