Ukrayna ordusu müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya Silahlı Qüvvələrinin “İskəndər” əməliyyat-taktiki raket sisteminin saxlanma yeri və “Rubikon” bölməsinin uzaqdan idarəetmə məntəqəsinə zərbələr endirilib.
Bildirilib ki, Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri Pasiçne kəndində “İskəndər” operativ-taktik raket kompleksinin saxlanma yerinə dəqiq zərbə endirib. Zərbə nəticəsində güclü partlayışlar baş verib.
Həmçinin, Vysoke kəndidə “Rubikon” bölməsinin idarəetmə məntəqəsi məhv edilib. Hədəflər PUA-larla vurulub.
Ukraynanın xüsusi əməliyyat bölmələrinin FP-2 dronları ilə Rusiyanın arxa cəbhəsi və əməliyyat infrastrukturuna zərbələr endirdiyi də bildirilir. Bu bölmələr 9-14 fevral tarixlərində işğal olunmuş ərazilərdə 10-dan çox hərbi obyekti uğurla məhv edib.
Qeyd edilib ki, zərbələr əsasən şəxsi heyətin cəmləşdiyi yerlər, sursat və yanacaq-anbarları, hərbi texnikaların dayanacaqlarına yönəldilib.