RU

Vaşinqtonun planı məlum oldu: İran bunun qarşılığında…

“Cenevrədə keçiriləcək İran-ABŞ danışıqları dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Fikrimcə, həm Tehran, həm də Vaşinqton ortaq məxrəcə gəlməkdə maraqlıdır və hər iki tərəf mümkün müharibənin qarşısını almağa çalışır”.

Bu sözləri NOCOMMENT.az-a siyasi şərhçi Kənan Novruzov deyib.

Kənan Novruzov

Onun sözlərinə görə, ABŞ diplomatik təzyiq və mümkün hərbi variantlarla İranı səhnədən çıxarmaq ehtimalı ilə təhdid etsə də, əslində bu, Vaşinqtonun real niyyəti deyil:

“Əgər istəsəydi, ABŞ çoxdan müharibə elan edər və ya regiondakı gərginliyi — o cümlədən 12 günlük qarşıdurmanı — dayandırmazdı.

İran da müharibəni istəmir. Xüsusilə ərəb dünyası ilə münasibətlərini qorumaq və beynəlxalq mövqeyini gücləndirmək baxımından Vaşinqtonla dialoq Tehran üçün vacibdir. Regionda gərginliyin artması yalnız Tehranın təhlükəsizliyini riskə atar və nüvə proqramı ilə bağlı mövqeyinə zərbə vura bilər

Cenevrə görüşü konstruktiv keçəcək, lakin konkret razılaşma üçün vaxt və mərhələli yanaşma lazımdır. Diplomatiyanın məqsədi təkcə nüvə proqramının məhdudlaşdırılması deyil, həm də region və qlobal təhlükəsizliyin təminatlarının gücləndirilməsidir. Hər iki tərəf öz mövqelərini qoruyaraq kompromis imkanlarını sınayır, ABŞ təzyiq vasitələrini ölçür, İran isə nüfuzunu itirmədən danışıqlarda iştirak edir.

Bu baxımdan, Cenevrə görüşü yalnız masada oturmaqdan ibarət deyil; o, həm də tərəflərin qarşılıqlı güc balansını test etdiyi strateji laboratoriya rolunu oynayır. Əgər razılaşma əldə olunacaqsa, bu yalnız çox incə diplomatik manevrlər və uzunmüddətli strateji hesablamalar nəticəsində mümkün olacaq”.

Atilla Rzasoy

Избранный
75
nocomment.az

1Источники