RU

"Xüsusi missioner"in missiyası 20 illik həbs oldu

Bakı Hərbi Məhkəmısində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində hökm oxunub.

Özünü Qarabağda ləğv olunmuş qondarma rejimin “dövlət naziri” kimi təqdim edən Vardanyan 20 il azadlıqdan məhrum edilib. Məhkəmənin son iclaslarında etdiyi çıxışlarında özünü təqsirsiz göstərməyə çalışan Ruben Vardanyan ona qarşı yönələn ittihamlarla razılaşmaq istəmir.

Ancaq rusiyalı erməniəsilli milyarder Vardanyanın maddi imkanlarından istifadə edərək terrorçuluğu və separatizmi maliyyələşdirdiyi beynəlxalq miqyasda sübut olunub. Onun Qarabağa təxribat məqsədilə göndərildiyini Ermənistan tərəfi özü də rəsmən etiraf edib. 

Vardanyan ona verilən tapşırığa əsasən Qarabağda separatçı rejimin başına keçməli, sonra Ermənistana keçərək Robert Köçəryanın 1997-ci ildə prezident Levon Ter-Petrosyana qarşı həyata keçirdiyi siyasi ssenari üzrə müxalifət lideri kimi Rusiya tərəfindən hakimiyyətə gətirilməli idi.

Baş nazir Nikol Paşinyan məhz bu plandan xəbərdar olduğuna görə, Vardanyanın Ermənistana girişinə imkan vermədi. Hətta Paşinyanın 2024-cü il avqustun 31-də Ruben Vardanyan haqqında məhşur çıxışı separatçı milyarderin Ermənistan rəhbərliyi tərəfindən “maska”sının cırılması idi:

“Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bu addımı atmağı ona kim məsləhət görüb və ya göstəriş verib? Onu kim hansı məqsədlə, hansı zəmanətlə, hansı təminatla, hansı vədlərlə Ermənistana və Qarabağa göndərib? Sonda deyirlər ki, bilirsiniz nə var, biz onun kim olduğunu bilmirik. Çünki o, başqa ölkənin vətəndaşıdır”.

Əgər bu sözləri yalnız Azərbaycan tərəfi bəyan etsəydi, o zaman Vardanyan və ona vəkillik edən erməni revanşistlər bunları “böhtan”, “yalan” adlandırardılar. Ammav Paşinyan Vardanyanı ifşa edərək onun xüsusi missiya ilə qarabağa və Ermənistana göndərildiyini, vətəndaşlığının da Rusiya prezidenti tərəfindən məhz bu məqsədlə ləğv edildiyini açıq nümayiş etdirdi.

Ona görə də bu gün Ermənistanda və başqa ölkələrdə Vardanyanın “hüququları”ndan dəm vuranların günahsızlıqdan danışması absurddur. Məhkəmə prosesində Vardanyanın əməllərindən zərər çəkmiş şahidlərin hamısı iştirak edib.

Vardanyanın Qarabağda olduğu müddətdə etdiyi çıxışları, Azərbaycana qarşı terror və müharibə çağırışlarını əks etdirən bütün video və audio materiallar var. Ona görə də onun Vardanyanın özünü günahsız adlandırması erməni ikiüzlülüyündən başqa bir şey deyil.

Törətdiyi cinayətələrə görə Vardanyan daha ağır cəzaya layiqdir. Lakin Azərbaycan dövləti beynəlxalq hüququ və humanizm prinsiplərini rəhbər tutaraq, hökm oxunması zamanı Vardanyanın yaş həddini nəzərə alıb.

Bundan artıq Vardanyana heç bir güzəşt ola bilməz. Vardanyan da, onu “məzlum” obrazında tədim edənlər sanki bütün dünyanı aldatmağa çalışırlar. Görünür, onlar Vardanyanı törətdiyi hərbi cinayətlərə görə Ukraynanın da beynəlxalq axtarışa verdiyini unudublar. 

Vardanyan Donets və Luqansk vilayətlərində terrorçuluğu və separatçılığı maliyyələşdirməkdə, qanunsuz silahlı dəstələr yaratmaqda, Ukraynaının ərazi bütövlüyünü və suverenliyini pozmaqda ittiham olunur.

Müharibə cinayətləri törətmək Vardanyanın həyat tərzinə çevrilib. O, Azərbaycan tərəfindən həbs olunmasa idi və ya azadlığa buraxılsa idi, Ukrayna hüquq-mühafizə orqanlarından xilas ola bilməzdi. Hətta Ukrayna xüsusi xidmət orqanları tərəfindən məhv edilə bilərdi.

Amma Azərbaycan dövləti humanistlik göstərərək, onu vəkillə təmin etdi, həbsxanada qalmasına rahat şərait yaratdı. Bu gün beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin liderlərinə Vardanyanın azadlığı üçün müraciət ünvanlayan bəzi ermənilər bu cinayətkarı üçün ən təhlükəsiz yerin elə Azərbaycan həbsxanası olduğunu dərk etmək qabiliyyətinə malik deyillər. 

Vardanyan da daxil olmaqla qondarma rejimin ağır cəzalara məhum edilmiş digər rəhbərlərinin ən doğru qiymətini Azərbaycan Prezidenti İlham Əliyev “France 24” kanalına müsahibəsində verib:

“İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”.

Prezident İlham Əliyev bu canilərin Nürnberq prosesində hökm oxunmuş nasistlər qədər təhlükəli əməllər törətdiklərini və ona görə də bu cəzaya layiq olduqlarını bildirib. 

Ruben Vardanyan bu gün Ermənistanın özü üçün arzuolunmaz və lazımsız adama çevrilib. Çünki Vardanyan milliyətindən asılı olmayaraq, insanlığın düşmənidir. 

Избранный
4
1
cebheinfo.az

2Источники