sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Sabah" və "Qarabağ" komandalarının Misli Premyer Liqasındakı çempionluq şansları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Football Meets Data" öz versiyasını açıqlayıb. Bakı təmsilçisi hazırda lider olsa da, titul qazanmaq ehtimalı rəqibinə nisbətən az göstərilib. "Bayquşlar"ın çempionluq şansı 46 faizdir.Hazırda ikinci pillədə qərarlaşan "Qarabağ"da isə bu rəqəm 54 faiz olub.Qeyd edək ki, "Sabah" 20 turdan sonra 49 xalla liderdir. Ağdam klubu rəqibindən dörd xal geri qalır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.