RU

Sevindirici hadisə: "Kəpəz" Gəncəyə qayıdır - SON DƏQİQƏ

"Kəpəz" bu mövsüm ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək.

Bu barədə etibarlı mənbədən məlumat əldə etmişik.

Ötən il yenidənqurmadan sonra istifadəyə verilən arenanın örtüyünün dəyişdirilməsi səbəbindən Qərb təmsilçisi rəqiblərini Yevlax şəhər stadionunda qəbul edir.

Artıq yeni örtüyün salınması işləri sürətlənib.

Klub rəhbərliyinə də məlumat verilib ki, mövsümün sonuna qədər məsələ öz həllini tapacaq.

Və beləliklə uzun aradan sonra "Kəpəz" doğma azarkeşləri önündə meydana çıxacaq.

Bu, ən yaxşı halda son 2-3 ev matçını əhatə edəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
27
sportinfo.az

1Источники