2026-cı ilin ilk Günəş tutulması başlayıb.
Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Antarktidada Ayın yarıkölgəsi (penumbrası) Yer kürəsinin üzərinə düşüb - bu ilin iki Günəş tutulmasından birincisi başlayıb. Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə saat 15:44 - red.) Ay tam şəkildə Günəşin önünə keçəcək və səmada odlu halqa əmələ gətirəcək, Yer kürəsində bunu müşahidə etmək mümkün olacaq", - deyə məlumatda bildirilib.
Daha əvvəl Moskva Planetariumunun mətbuat xidməti qeyd etmişdi ki, halqa şəklində Günəş tutulması Yer kürəsinin cənub yarımkürəsinin qütb və orta enliklərində ən yaxşı şəkildə görmək mümkün olacaq.