RU

“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"2025-ci ildə "AccessBank" QSC iri korporativ müştərilərlə əməkdaşlıq da genişləndirilmişdir. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Risklərin Bölgüsü Mexanizmi çərçivəsində bir sıra maliyyələşdirmə layihələri həyata keçirilmişdir".

Bunu Marja.az-a müsahibəsində "AccessBank"ın İdarə Heyəti Sədrinin müavini, Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov bildirirb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu mexanizm üzrə “AZZA” şirkəti ilə 14 milyon manat, “AzVirt” MMC ilə isə 5 milyon avro məbləğində üçtərəfli kredit müqavilələri bağlanmışdır",- o qeyd edib.

Orxan İsmayılov əlavə edib ki, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq 2025-ci ildə daha da intensivləşmişdir. İl ərzində beynəlxalq maliyyə qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb edilmiş, əlavə olaraq 10 milyon  ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi əldə edilmişdir. Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 milyon manatı ötmüşdür.

İş elanları AzVak.az-da 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
72
1
marja.az

2Источники