RU

İcra başçısı keçmiş şirkət rəhbərini özünə sürücü təyin etdi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə yeni sürücü təyin edib.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, icra başçısının əmri ilə Hüseynəli Süleymanov Beyləqan Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi - sürücü vəzifədən azad edilib. Onun yerinə Elnur Həsən oğlu Verdizadə təyin olunub.

Qeyd edək ki, əslən Cəbrayıl rayonundan olan yeni sürücü E.Verdizadə Ə.Əzizovun həmyerlisidir.

E.Verdizadə əvvəllər hərraca çıxarılaraq özəlləşdirilən Xudatbalıq zavodunun sahiblərindən olub. 2006-cı ildə müəssisəsinin 56.4 faiz səhmi onun adına rəsmiləşdirilib.

Избранный
30
9
far.az

10Источники