RU

“Rusiyanın müharibəni dayandırmaq fikri və niyyəti yoxdur”

“Rusiyanın

ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə 17-18 fevralda Cenevrədə danışıqlar keçiriləcək.

Görüşlə bağlı xalqcebhesi.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, bu görüşlər ilk dəfə deyil keçirilir: “Əvvəl də görüşlər keçirilib, dəfələrlə müzakirələr aparılıb. Öncədən konkret nəticələrə gəlinəcəyini söyləmək çox çətindir, inandırıcı deyil. Çünki proseslər onu göstərir ki, Rusiya tərəfinin hələ ki, müharibəni dayandırmaq fikri və niyyəti yoxdur. Yəni Rusiya tərəfi hələ də müharibənin davam etməsində maraqlıdır. Çünki Rusiya tərəfi çalışır ki, Ukraynanın daha çox ərazilərini işğal etsin və daha çox ərazilərə malik olsun. Ona görə də biz bu gün desək ki, proses yaxın vaxtda bitəcək hesab edirəm ki, düzgün olmaz. Hər halda danışıqlar davam edir. Danışıqların getməsi önəmlidir və ümid edirik ki, nəticələr olacaq”.

Deputat bildirib ki, bir tərəfdən də müşahidə olunan odur ki, hər iki tərəf müharibədən yorulub, tükənib: “Müharibənin aparılması böyük vəsait tələb edir. Ümid edirik ki, danışıqlarla müharibənin bitməsinə nail olunacaq. Amma proses çox ağırdır, mürəkkəbdir. Çünki prosesin gedişatı onu göstərir ki, xüsusilə Rusiya tərəfi buna hazır deyil və bu, bir müddət hələ davam edəcək”.

Röya İsrafilova

Избранный
26
1
xalqcebhesi.az

2Источники