RU

Sadır Japarovun səlahiyyət müddəti 2027 ci ilin yanvarında başa çatacaq

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Konstitusiya Məhkəməsi iclasının yekun qərarında deyilir.

Qərara əsasən, hazırkı dövlət başçısı altı illik səlahiyyət müddətini tam şəkildə başa vuracaq. Beşillik müddətlə bağlı müddəalar isə növbəti seçki dövrlərinə şamil ediləcək.

Qeyd olunub ki, növbəti prezident seçkiləri 2027-ci ilin yanvar ayının dördüncü bazar günü — 24 yanvar tarixində keçirilməlidir.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov növbədənkənar seçkilərlə bağlı konstitusiya normalarının şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
3
apa.az

4Источники