RU

Bu avtomobillər BAHALAŞA BİLƏR Alıcılara xəbərdarlıq

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Gürcüstanda avtomobillərin sayı son illərdə sürətlə artıb.

Milli.Az xəbər verir ki, 2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm iki milyonu ötüb. Hökumət bildirir ki, artım tıxacların çoxalmasına və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.

Bu səbəbdən hökumət 6 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.

Bəs bu hal yerli bazara necə təsir edəcək? 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, məhdudiyyət tətbiq olunarsa, böyük alıcılar daha ehtiyatlı davranacaq, bu isə xüsusilə 6-10 yaşlı avtomobillərin təklifini azaldaraq qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Ekspert əlavə edib ki, Gürcüstan 2025-ci ildə 3,87 milyard dollar dəyərində avtomobil idxal edib, 2,8 milyard dollar dəyərində avtomobil isə yenidən ixrac olunub:

"Ötən ilin sonundan ixrac olunan nəqliyyat vasitələrinin bahalaşması da qiymət artımına təsir göstərib".

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
6
news.milli.az

7Источники