2023-2025-ci illərdə Azərbaycanda 23 internet provayderinin uçotu müxtəlif səbəblərlə ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
bMəlumata görə, bu şirkətlərin uçotdan çıxarılmasının əsas səbəbləri arasında qanunvericiliyin tələblərinə əməl etməmək, fəaliyyətin dayandırılması, hüquqi şəxsin yenidən təşkili, başqa provayderə birləşməsi və digər hüquqi pozuntular yer alır.
Şirkətlərin tələblərə uyğun fəaliyyət göstərməməsi, bazarın düzgün və şəffaf işləməsini təmin etmək məqsədilə ciddi tədbirlərin görülməsinə səbəb olub.
Qeyd edilib ki, bu vaxta qədər ölkədə 191 internet provayderi uçota alınıb. Hazırda onlardan 149-u uçotu aktiv olan sabit internet provayderidir. Bununla yanaşı, bazarda 3 mobil operator və 17 host provayder də fəaliyyətini davam etdirir. (APA)