RU

İran Hörmüz boğazını bağlamağa hazır olduğunu bildirib

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Alireza Tangsiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Dəniz Qüvvələrinin komandanı, zərurət yaranarsa Hörmüz boğazının ən qısa müddətdə bağlana biləcəyini deyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.

“Əgər Hörmüz boğazını bağlamaq üçün səbəb yaranarsa, silahlı qüvvələrimiz bu əməliyyatı ən qısa müddətdə həyata keçirəcək”, – deyə o bildirib.

"The Wall Street Journal"in yazdığına görə, ABŞ İranın nüvə proqramı üzrə razılaşmaya məcbur etmək üçün İran nefti daşıyan tankerlərin ələ keçirilməsi imkanını nəzərdən keçirir.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
1
icma.az

2Источники