
ABŞ-nin xarici tərəfdaşlarından aldığı ümumi silah sifarişləri 900 milyard dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ dövlət katibi Marko Rubio və Pentaqon katibi Pit Heqsetin Amerikanın “USA Today” qəzeti üçün birgə məqaləsində öz əksini tapıb.
Lakin müttəfiqlər bir neçə ildir ki, artıq ödənilmiş təchizatları gözləyirlər. Bu isə Vaşinqtonun milli təhlükəsizlik maraqlarına xələl gətirir.
Hazırkı portfel 190 ölkə və region üçün 16 000-dən çox sifarişdən ibarətdir və onların dəyəri 900 milyard dollardan çoxdur.
Ümumilikdə isə qlobal silah təchizatının 43%-i ABŞ-nin payına düşür.
Məqalədə deyilir ki, rekord tələbatın davam etməsi, istehsal və çatdırılma müddətlərinin uzadılması Amerikanı gücləndirmək əvəzinə, müttəfiqlərimizi daha aşağı keyfiyyətli məhsullar təklif etsələr belə, daha sürətli çatdırılma təklif etdiklərini iddia edən digər təchizatçılara müraciət etməyə təşviq edir".
Məqalənin müəllifləri qeyd ediblər ki, Vaşinqton müttəfiqlərindən sifarişlər almaqla əlavə istehsal gücünün yaradılması xərclərini bölüşə biləcək ki, bu da fövqəladə hallarda ABŞ ordusu üçün faydalı olacaq.