RU

Madonna və Uitni Hyustonun hitlərinin yaradıcısı vəfat edib

Madonnanın mahnılarının müəllifi və "Qremmi" mükafatı laureatı Billi Steynberq xərçənglə mübarizədən sonra 75 yaşında Los-Ancelesdə vəfat edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili BBC-yə məlumat verib.

Billi Steynberqin ailəsi onu dərin düşüncəli söz yazarı, sədaqətli ər, sevən ata və öz dövrünün ən nüfuzlu musiqiçilərindən biri kimi təsvir edib.

Billi Steynberq karyerasına 1980-ci illərdə vokalist və mahnı müəllifi Tom Kelli ilə əməkdaşlıq edərək başlayıb. İkilinin yazdığı bir neçə hit-çartlarda birinci yerləri tutub və onlar qısa ömürlü "i-Ten" rok-qrupunu yaradıb.

Ona əsl uğur 1984-cü ildə Madonnanın "Like a Virgin" mahnısı ilə gəlib. Mahnı ABŞ-nin "Billboard Hot 100" hit-paradında birinci yeri tutub və müğənninin ikinci albomunun əsas mövzusu olub. Steynberqin digər məşhur işləri arasında Sindi Loperin "True Colors" (1986), Uitni Hyustonun "So Emotional" (1987) və "Divinyls" qrupunun "I Touch Myself" (1990) mahnılarını qeyd etmək olar. O, həmçinin Roy Orbison, Selin Dion və "The Bangles" üçün də mahnılar yazıb.

Billi Steynberqin Trina adlı həyat yoldaşı, iki oğlu və iki övladlığa götürülmüş uşağı qalıb.

"Cebheinfo.az"

Избранный
66
cebheinfo.az

1Источники