RU

İqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat başlayıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və İqtisadi və Sosial İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ölkənin ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçiriləcək İqtisadiyyat müsabiqəsi üzrə qeydiyyat mərhələsinə start verilib.

“Cebheinfo.az” xəbər verir ki, yarış Azərbaycan, rus və ingilis dillərində təşkil olunur.

Layihə çərçivəsində şagirdlərin iqtisadi anlayışlar və mexanizmlər üzrə biliklərinin möhkəmləndirilməsi, qərarvermə bacarıqlarının formalaşdırılması hədəflənir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 28 fevral tarixinə qədər https://forms.gle/DJi4Tuq4igcxoa5h9 müvafiq linkə keçid etməklə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi şagirdlər arasında iqtisadi savadlılığın artırılması, iqtisadi biliklərin genişləndirilməsi, analitik düşüncə və praktik bacarıqların inkişaf etdirilməsidir.

Избранный
60
3
cebheinfo.az

4Источники