RU

Paytaxt təmsilçisi bu mövsüm 4-cü (!) məşqçi ilə anlaşdı

Türkiyə çempionatında növbəti məşqçi istefası reallaşıb. ''Gənclərbirliyi'' sürpriz şəkildə Mətin Diyadin ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, klubdan verilən açıqlamada bu məşqçi ilə müqavilənin birtərəfli şəkildə ləğv olunduğu qeyd olunub.

Əslində 58 yaşlı mütəxəssisin təyinatından sonra komanda heç də pis təsir bağışlamırdı. Paytaxt təmsilçisi Diyadin ilə 9 oyundan 4 qələbə, 3 heç-heçə, 2 məğlubiyyətlə ayrılmışdı. Amma görünür, məşqçinin ''Çaykur Rizəspor''a qarşı son matçın (2:2) ardından klubun qışda yetərli qədər transfer etməməsi barədə səsləndirdiyi tənqidi fikirlər rəhbərliyin xoşuna gəlməyib. Yeni məşqçinin adı artıq bəllidi. Komandanı mövsümün qalan hissəsində Ləvənt Şahin çalışdıracaq.

Maraqlıdı ki, Şahin ''Gənclər''in bu mövsüm artıq 4-cü (!) məşqçisidi. Komanda mövsümə Hüseyin Eroğlu ilə başlamış, daha sonra Volkan Dəmirəl və son olaraq Mətin Diyadin ilə davam etmişdi. Ləvənt Şahinə gəlincə, onunla ilyarımlıq müqavilə imzalanıb. Bu məşqçi daha öncə həm yığmada, həm ''Qalatasaray''da, həm də ''Əl-Şabab''da Fatih Terimin köməkçisi kimi çalışıb. Müstəqil məşqçi kimi isə o yalnız 2016/17-də ''Adanaspor'', 2023-də ''İsgəndərunspor''da işləyib.

Избранный
101
1
football-plus.az

2Источники