"Qalatasaray" formasını geyinən və transfer dönəminin son mərhələsində adı "Yuventus" ilə anılan Mauro İkardi ilə bağlı İtaliyadan yeni bir iddia gündəmə gəlib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, UEFA Çempionlar Liqasındakı "Qalatasaray - Yuventus" qarşılaşmasını qiymətləndirən "Corriere dello Sport" İkardi ilə bağlı bəzi açıqlamalar verib. "Yuventus" ara transfer dönəmində Mauro İkardi üçün təklif təqdim edib və argentinalı hücumçu bu təklifi qəbul etməyə çox yaxınlaşıb.
İtalyan klubunun İkardi ilə olan müqaviləsinə 6 ay ərzində mövsümün sonuna qədər 10 qol vurması və "Serie A"da "Çempionlar Liqası sıralamasına" daxil olunması halında müqavilə müddətini 2027-ci ilə qədər uzatmaq üçün maddə əlavə etdiyi bildirilib.
Dursun Özbek mövsümün sonunda keçiriləcək prezident seçkiləri səbəbindən bu təklifi rədd edib və İkardini komandada saxlamağa qərar verib. "Yuventus" isə argentinalı ulduzun transferindən imtina edib.
Qeyd edək ki, "Qalatasaray"da bu mövsüm 33 oyunda meydana çıxan Mauro İkardi 15 qol vurub və 2 asist edib.