RU

İlon Maskın "X"ində araşdırma

Yazını böyüt
Yazını kiçilt

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) "Grok" çatbotunun qeyri-əxlaqi şəkillər yaratması səbəbindən İlon Maskın "X" platforması barəsində araşdırma başladıb.

Hafta.az xəbər verir ki, bu barədə "Euractiv" tənzimləyici orqanın açıqlamasına istinadən məlumat yayıb.

Yoxlama "X"in Avarop İttifaqının (Aİ) Məlumatların Mühafizəsi üzrə Ümumi Reqlamentinin (GDPR) tələblərinə riayət etməsi baxımından aparılır. Tənzimləyicinin bu addımı "X"in Avropa qərargahının İrlandiyada yerləşməsi və qurumun Aİ-də platforma üçün aparıcı tənzimləyici rolunu oynaması ilə əlaqədardır.

"Yanvarın sonunda Avropa Komissiyası insanların fotolarını redaktə etməyə və erotik dipfeyklər, o cümlədən "rəqəmsal soyundurma" effekti ilə və ya açıq-saçıq pozalarda yaratmağa imkan verən süni intellekt aləti səbəbindən "Grok" barəsində araşdırma başladıb", - deyə Avropa Parlamentinin üzvü Regina Doherti bildirib.

Məlumata görə, "Grok" bəzi hallarda yarıçılpaq qadın və yeniyetmələrin təsvirlərini yarada bilib.

Избранный
18
1
hafta.az

2Источники