RU

Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müğənni Sevda Kazımovanın "Öz aramızda" verilişində səsləndirdiyi fikir canlı yayımda gərgin anlara səbəb olub.

Milli.Az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı danışarkən diqqətçəkən açıqlama verib.

Sevda Kazımova bildirib ki, xarakterinə və münasibətinə görə ona bahalı hədiyyələr təqdim edilib:

"Xasiyyətimə görə mənə maşın da, ev də hədiyyə ediblər".

Bu sözlər studiyada etirazla qarşılanıb. Müğənni Sevil İsgəndərli həmkarının fikrinə reaksiya verərək efirdə bu tip açıqlamaların doğru olmadığını bildirib. O, sənət adamlarının belə mövzuları ictimai platformada səsləndirməsini qınayıb.

Canlı yayımda tərəflər arasında fikir ayrılığı yaranıb və mövzu ətrafında qızğın müzakirə gedib. Verilişdən yayılan görüntülər sosial şəbəkələrdə də geniş paylaşılıb.

İzləyicilər məsələ ilə bağlı fərqli mövqelər sərgiləyiblər. Bəziləri Sevda Kazımovanın səmimi danışdığını desə də, digərləri Sevil İsgəndərlinin iradını haqlı hesab ediblər.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
news.milli.az

2Источники