Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib.
Aznews.az xəbər verir ki, Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib.
Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.
Qeyd edək ki, ötən həftə məhkəmənin andlılar kollegiyası Şıxlinski və digərləri barəsində ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxslər 2001-ci ildə Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Feyruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.