RU

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi? - Detallar

Ruben Vardanyan 20 il müddətində azadlıqdan məhrum edildi. Erməni diasporu/lobbisi Bakıda məhkəmə qarşısına çıxarılanların azad edilməsi ilə bağlı kampaniyada üstünlüyü xüsusilə Ruben Vardanyana verir, digərlərini onun fonunda müdafiə edirdilər. Bunun səbəbi Vardanyanın pulu və nüfuzlu dostları idi. Misal üçün, USAİD-in rəhbəri, “erməni soyqırımı”nın qatı müdafiəçisi, Azərbaycana qarşı isə sərt mövqe sərgiləyən Samanta Pouerlə Vardanyan arasında isti münasibətlər olub, birincinin bu münasibətlərdən gəlir əldə etdiyi haqda məlumatlar da var. Rubenin Bakıda istintaqa Samanta Pouerlə bağlı lazımi informasiyalar verdiyi də deyilir.

Vardanyan sona qədər ümid edirdi ki, separatçılar arasında heç olmasa o, azad ediləcək, lakin nə pulu, nə də dostları onu xilas edə bilmədi. Onun məhkəmə qarşısına çıxarılması isə təkcə ədalətin bərpası yox, həm də beynəlxalq cinayətin qarşısının alınması, eyni zamanda, Ermənistan siyasətinə yön vermək demək idi. Onun Qarabağa gəlişinin hədəflərinə baxdıqda bunu anlamaq olur.

Vardanyanın Qarabağa çirkli pulların yuyulmasını davam etdirə bilmək və Qərb sanksiyalarından yayınmaq məqsədilə gəlmişdi. Onun “Troyka dialoq” bankı uzun illər çirkli pulların yuyulma platforması kimi istifadə olunub. İşğal dövründə Qarabağa “xeyriyyə” məqsədilə yatırdığı “investisiya”lar da əslində çirkli pulların yuyulması idi. “Forbes”in məlumatına görə, Ruben 2001-2023-cü illər ərzində Ermənistan və Qarabağa 700 milyon dollardan çox “sərmayə” qoyub, təkcə 2022-ci ildə - Xankəndinə gəlişi zamanı 900 min dollar pul xərcləyib.

Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyaların hədəfinə çevrilən Vardanyan Qarabağa qaçmaqla günahını siyasi vitrinə çıxmaqla təmizləməyi də düşünürdü. Hesab edirdi ki, Qarabağda xərclədiyi pullar Qərbdə separatçıları dəstəkləyənlər tərəfindən alqışla qarşılanacaq, o cümlədən, Rusiyanın etimadını doğruldacaq. Əslində buna müəyyən qədər nail oldu da. Və Xankəndində “xilaskar” obrazının yaradılması fonunda Ermənistan siyasətinə qoşulmaq gedişləri də etdi. Bu, Kremlin mətbəxində hazırlanmış ssenari idi. Separatçıları qorumağa çalışan Rusiya əlavə pul xərcləməmək üçün Vardanyanın maliyyəsindən istifadə etdi. Xankəndidə plan baş tutmayacağı təqdirdə, Ruben İrəvana “artsaxın qəhrəmanı” kimi gedəcək, “oliqarx siyasətçi” kimi Paşinyana qarşı siyasi mübarizənin liderinə çevriləcəkdi.

Bu baxımdan, Rubenin Xankədidən İrəvana gedərkən, Laçın postunda həbs edilməsi və nəyahət məhkəmə hökmü ilə cəzalandırılması Bakının regional prosesləri nəzarətdə saxladığı və hadisələrin inkişafna yön verməsi kimi də qiymətləndirilə bilər.

Asif Nərimanlı

Избранный
33
1
publika.az

3Источники