RU

Lənkəranda çörək istehsalı sexində yoxlama keçirilib - FOTOLAR

Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində fəaliyyət göstərən, sahibkar Etibar Müzəffər oğlu Əkbərova məxsus çörək istehsalı sexində yoxlama keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmur, həmçinin çörək məhsullarında etiketlənmə aparılmır.

Sahibkar barəsində inzibati protokol tərtib edilib, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

"Cebheinfo.az"

Избранный
62
11
cebheinfo.az

10Источники