Amerikalı reper Kardi B dördüncü uşağının atası, amerikalı futbolçu Stefon Diqqsdən ayrılıb.
HİT.az bu barədə TMZ-yə istinadən xəbər verir.
Üç ay əvvəl yenidən ana olan Kardi B Los-Ancelesdə keçirilən konsertdə ayrılığı haqqında danışıb
Son vaxtlar Kardi B Stefon Diqqsə Superkubokdan öncə dəstək verməkdən imtina edib və sosial şəbəkələrdə onu izləməməyi seçib.
Kardi və Diqqs 2025-ci ilin mayında münasibətlərini açıqlayıb. Sentyabrda Kardi B dördüncü uşağa hamilə olduğunu təsdiqləyib (ilk uşağı Diqqsdəndir).
Futbolçunun başqa beş qadından beş uşağı var. O, 2025-ci ilin sonunda şəxsi baş aşpazına qarşı hücumda günahkar olmadığını bildirib.
Samir