RU

Makron Dehlidə Fransa qırıcılarının Hindistana tədarükünü müzakirə edəcək

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 fevral, AZƏRTAC

Hindistanın Fransadan qırıcı təyyarələrinin alınması ilə bağlı imzalanması gözlənilən müqavilə Prezident Emmanuel Makronun Dehliyə səfəri zamanı müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yayan “Financial Times” qəzeti 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin alınmasını Hindistan tarixindəki ən böyük müdafiə müqaviləsi adlandırıb. Lakin Hindistan məmurlarının sözlərinə görə, Makronun səfəri zamanı qiymətlər də daxil olmaqla, detallar üzərində son danışıqlar müqavilənin imzalanmasına mane ola bilər.

Nəşr qeyd edir ki, dünyanın ən böyük silah idxalçısı olan Hindistan “qırıcı donanmasını modernləşdirməyə və genişləndirməyə çox ehtiyac duyur”. Onun hava qüvvələri hazırda 30-dan az qırıcı eskadrilyaya malikdir və bu da uzun müddətdən bəri hədəflənən 42 eskadrilyadan xeyli aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
75
2
azertag.az

3Источники