RU

Prezident İlham Əliyevin sülh haqda açıqlamasını Ermənistan siyasətçiləri ev tapşırığı kimi qəbul etməlidir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün əsas şərt Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Prezidentin sözlərinə görə, üç onillik davam edən bu iddia hüquqi sənəddən çıxarılmadan davamlı sülhdən danışmaq mümkün deyil. İlham Əliyev vurğulayıb ki, həmin dəyişiklik həyata keçiriləcəyi təqdirdə, sülh sazişi növbəti gün rəsmən imzalana bilər.Ermənistan Konstitusiyasında dəyişiklik hansı daxili siyasi proseslərdən asılıdır və bu proses nə dərəcədə real görünür?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan prezidenti Münxen Milli Təhlükəsizlik Konfransında bir daha Ermənistan və Azərbaycan arasında uzunmüddətli və etibarlı sülhün əldə olunması məsələlərinə toxunaraq, sülhə mane olan yeganə hal kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının götürülməsini ifadə etmiş oldu: “Ancaq paralel olaraq Azərbaycan prezidenti qeyd etdi ki, de-fakto Azərbaycan və Ermənistan arasında artıq sülh mövcuddur. Deməli, de-fakto sülhün de-yure sülhə çevrilməsi məsələsi hələ qalmaqdadır. Yəni Amerika Birləşmiş Ştatlarında paraflanmış sənədin iki ölkə tərəfindən imzalanmasından sonra biz de-yure statusda da sülhü əldə etmiş olacağıq. Bu, çox mühim açıqlama idi və bu açıqlamanı Ermənistan siyasətçiləri ev tapşırığı kimi qəbul etməlidirlər. Yəni mart ayında mətni tamamlanaraq referenduma götürülməsi nəzərdə tutulan yeni konstitusiya layihəsində, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qaldırılan İstiqlal bəyannaməsinə istinad olmamalıdır”.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu qeyd edib ki, bu, bir sıra mühüm məsələləri kökündən dəyişə bilər, yəni Ermənistan-Azərbaycan münasibətlərində dəyişikliyə səbəb ola bilər: “Sülh yalnız bu addımdan sonra uzunmüddətli və etibarlı sülhə çevrilə bilər. Bu da iki ölkə arasında və bütövlükdə regionun tarixində yeni iqtisadi əməkdaşlıq, yeni inteqrasiya formaları, yeni kommunikasiya əlaqələrinin yaradılmasını təmin edə bilər”.

Deputat hesab edir ki, bu istiqamətdə demək atılan addımlar, bütövlükdə Cənubi Qafqazda da geosiyasi mövqelərin yenidən dəqiqləşməsinə gətirib çıxaracaq, çünki nəticə etibarilə bu gün inşa edilməkdə olan yeni Cənubi Qafqaz Azərbaycanın sülh ideallarının və təhlükəsizliyi təminetmə gücünün reallığını özündə əks etdirəcək: “Bu da əlbəttə ki, son 200 ildə Cənubi Qafqazda yaradılmış güc balansının yenidən formalaşması olacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
bizimyol.info

1Источники