RU

Rusiyada çağırışçılar FHN-nin yanğınsöndürmə dəstələrinin formalaşdırılmasına cəlb ediləcək

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov qurum daxilində kadr dəyişikliklərini elan edib.

Herbiand.az bildirir ki, nazir bu açıqlamanı fevralın 16-da Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin iclasında verib.

O, çağırışçıların Federal Yanğın Xidmətinin yanğınsöndürmə dəstələrinin tərkibinə cəlb ediləcəyini deyib: “Təşəbbüs artıq Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib”.

Yeni kadrların axtarışı ilə yanaşı, nazirlik mövcud işçilərin saxlanılması məsələsini də həll etməyə çalışır. Kurenkov qeyd edib ki, əmək haqqının aşağı olması bölmələrdən mütəxəssislərin getməsinin əsas səbəbidir. Bu baxımdan, Fövqəladə Hallar Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə işçilərin əmək haqqının artırılması üçün maliyyələşdirmənin genişləndirilməsi imkanlarını araşdırır. Kurenkov mümkün əmək haqqı artımının təfərrüatlarını və ya vaxtını dəqiqləşdirməyib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
68
herbiand.az

1Источники