
Tədbir Atatürk Mərkəzində təşkil olunub. “Qoridən gələn qatar” kitabı Hafiz Pashayevin təşəbbüsü ilə ADA University tərəfindən yenidən nəşr edilib.
Unudulmaz tədqiqatçı Shamistan Nazirlinin müəllifi olduğu əsəri Qazax İctimai Birliyi təqdim edib. Təqdimat mərasimində elm və ictimaiyyət nümayəndələri iştirak ediblər, kitabın tarixi əhəmiyyəti, araşdırma dəyəri və milli yaddaşın qorunmasındakı rolu vurğulanıb.
Çıxış edənlər əsərin Azərbaycan tarixinin mühüm mərhələlərinə işıq saldığını, xüsusilə maarifçilik və milli düşüncə tarixinin araşdırılmasına töhfə verdiyini bildiriblər. Tədbir iştirakçıları kitabın yenidən nəşrini mühüm hadisə kimi qiymətləndiriblər.
Mərasim çərçivəsində tarixi fotolar da nümayiş olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda müəllifin elmi irsi bir daha yad edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта