RU

UEFA dan Əliyar Ağayevə daha bir təyinat

ain.az, Qol.az saytına istinadən bildirir.

UEFA-dan Əliyar Ağayevə daha bir təyinat

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, .Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Lex” (Polşa) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. İngiltərəli Styuart Ettuell VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma fevralın 19-da Tampere şəhərindəki “Tammelan” stadionunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
15
qol.az

10Источники