Azərbaycanın rayon və şəhərlərində fevralın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-24° isti, dağlıq ərazilərdə gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı və qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy və Göygöldə əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntı və qar yağma ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti təşkil edəcək.
Şərqi Zəngəzurda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı hava və qar yağma ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18°, bəzi yerlərdə 22° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda əsasən yağmursuz olacaq. Arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba və Xaçmazda əsasən yağmursuz hava olacaq. Gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı hava və qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 17-22° isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada əsasən yağmursuz olacaq. Arabir duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 19-24° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara və Cəlilabadda əsasən yağmursuz hava gözlənilir. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək.
Telegram kanalımız