RU

Arıqlama iynələri ilə 5, 10 və ya 20 kiloqramı nə qədər vaxta atmaq mümkündür?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Kiçik, lakin bahalı bir iynə qarın nahiyəsinə vurulur və guya onlar piyləri əridir. Müasir preparatlar iştahanı azaltmağı və çəkinin aşağı salınmasını vəd edir. Bəs bu proses nə qədər vaxt aparır? Demokrat.az xəbər verir ki, Almaniyanın "Bild" qəzeti bu sualla Alman Kardiologiya Mərkəzinin kardioloqu, professor Boris Biqalkeyə müraciət edi b.Onun sözlərinə görə, araşdırmalara əsasən ümumi istiqamət kimi demək olar ki, üç aydan sonra orta çəki itkisi təxminən beş-yeddi faiz, altı aydan sonra səkkiz-on iki faiz, bir ildən sonra isə ilkin çəkidən təxminən on iki-on beş faiz təşkil edir.Bəs bu rəqəmlər kiloqramla ifadədə nə deməkdir?Professor bildirib ki, orta hesabla belə müalicə vasitəsilə 1–2 ayda təxminən 5 kiloqram, 3–5 ayda 10 kiloqram, 6 aydan artıq müddətdə isə təxminən 20 kiloqram çəki itirmək mümkündür. Lakin o vurğulayıb ki, bunlar yalnız təxmini göstəricilərdir və konkret pasiyentdə nəticələr fərqli ola bilər.Çəkinin nə qədər sürətlə azalması bir çox amillərdən asılıdır. Bunlara ilkin çəki, yaş, cins, qidalanma tərzi, fiziki aktivlik, qəbul edilən dərmanlar, eləcə də genetik xüsusiyyətlər və maddələr mübadiləsi daxildir."120 kiloqram çəkisi olan şəxs altı ay ərzində təxminən 15 faiz çəki itkisinə ümid edə bilər. Əgər iynələr dayandırılarsa, yo-yo effekti mümkündür. Yəni müalicə ardıcıl şəkildə davam etdirilməlidir", deyə ekspert izah edib."Wegovy", "Ozempic", yoxsa "Mounjaro"?Bazarın əsas preparatları arasında “yaxşı” və ya “pis” kimi bir seçim yoxdur. Avropada həkim və pasiyent qüvvədə olan tibbi tövsiyələrə uyğun olaraq optimal variantı birgə müəyyənləşdirirlər."Ozempic" 2-ci tip diabetin müalicəsi üçün təsdiqlənib və tərkibində semaqlutid adlı aktiv maddə var. O, yalnız diabet xəstələrinə təyin oluna bilər. "Wegovy" də semaqlutid ehtiva edir, lakin dozası "Ozempic"dən daha yüksəkdir və piylənmə zamanı arıqlamaq üçün təsdiqlənib. "Mounjaro"nun aktiv maddəsi tirzepatiddir və preparat həm 2-ci tip diabetin müalicəsi, həm də çəkinin azaldılması üçün təsdiq edilib.“Bild”in hesablamalarına görə, pasiyentlər preparat və dozadan asılı olaraq itirilən hər on kiloqram üçün 210–800 avro ödəyirlər. 20 kiloqram arıqlamaq istəyən şəxs isə 420–2180 avro arası xərc gözləməlidir.Arıqlama iynələrinin bir sıra mümkün yan təsirləri də var. Bunlara ürəkbulanma, həzm problemləri, qan dövranı pozğunluqları və hətta depressiv hallar daxildir. Buna görə də bu preparatlar yalnız həkim nəzarəti altında istifadə olunmalıdır.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
demokrat.az

1Источники