RU

"Güvən" bayramlarda uşaqları sevindirəcək

Yazını böyüt
Yazını kiçilt
Qarşıdan xalqımızın ən əziz bayramları - Ramazan bayramını və ilaxır çərşənbələrin ilki olan Su çərşənbəsi gəlir. Bununla bağlı "Güvən" Xeyriyyə İctimai Birliyi yardımlaşma, uşaqlara dəstək kampaniyasına start verib.
 
Hafta.az xəbər verir ki, bu barədə "Güvən" Xeyriyyə İctimai Birliyinin rəhbəri Nigar Bayramlı bildirib. O, qeyd edib ki, budəfəki ünvanları Bakıda yerləşən internat tipli müəssisədir.
 
"Orada təhsil alan və hər iki valideyn himayəsindən məhrum olan balaca dostlarımız bizə öz səmimi arzularını yazaraq məktublar ünvanlayıblar. Bizim məqsədimiz bu uşaqların kiçik arzularını böyük sevincə çevirməkdir. Hər kəsi bu xeyirxah işdə bizə qoşulmağa dəvət edirik. Kim istəsə bizə ünvanlanan həmin məktublarda qeyd olunan hədiyyələri şəxsən ala bilə və ya maddi ianə etməklə layihəmizə dəstək ola bilər. Gəlin, bayram sevincini birlikdə paylaşaq. Dəstəyiniz üçün öncədən təşəkkür edirik", N.Bayramlı qeyd edib.
 
Məlumat üçün deyək ki, hədiyyələr 24 fevral tarixində - ilk çərşənbə günündə uşaqlara çatdırılacaq.
İanə etmək üçün: 4169738828403190 Kapital Bank
Əlagə nömrəsi: (+994) 55 326-54-32 (what’s app)
 
Qeyd edək ki, ARZU SİYAHISI aşağıdakı şəkillərdə göstərilib:
 
Избранный
61
hafta.az

1Источники