RU

"Jirona"nın futbolçusu Kunde epizodu barədə danışdı - FOTO

"Jirona"nın 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverri La Liqada "Barselona"ya qarşı keçirilən oyunda baş verən qalmaqallı epizodla bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu kataloniyalıların müdafiəçisi Jul Kundeyə qarşı qayda pozuntusunun qeydə alınmamasını şərh edib.

Eçeverri bildirib ki, epizod qəsdən olmayıb:

"Bəli, Kundenin ayağını tapdaladım, amma mən tam sürətlə qaçırdım və bu, sadəcə təsadüf idi. Hakim qayda pozuntusu versəydi, bunu anlayardım. Lakin xoşbəxtlikdən oyunu davam etdirməyə icazə verdilər və biz qələbə qazandıq".

Qeyd edək ki, həmin məqam görüşün taleyinə təsir göstərən əsas epizodlardan biri olub. 59-cu dəqiqədə müdafiəçi Pau Kubarsi "Barselona"nı hesabda önə çıxarsa da, iki dəqiqə sonra "Jirona" bərabərlik qolunu vurub.

86-cı dəqiqədə yarımmüdafiəçi Fran Beltran qələbə topunu vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib – 2:1. Qalib qolundan bir neçə saniyə əvvəl Eçeve¬rri Kun¬denin ayağını tapdalamışdı, lakin baş hakim bu epizodu qayda pozuntusu kimi qiymətləndirməyib.

İdman.Biz
Избранный
36
1
idman.biz

2Источники