RU

''Yuve''nin məşqçisi ''Qalatasaray'', İkardi və Osimhen haqda nələr dedi?

Çempionlar Liqasında bu gün ''Yuventus''u İstanbulda ''Qalatasaray''la çətin oyun gözləyir.

"Football-plus.az" xəbər verir ki, Turin nəhəngi son 63 ildə səfərdə ''Cim-Bom''u yenən ilk İtaliya təmsilçisi ola bilər. ''Qoca Sinyora''nın təcrübəli baş məşqçisi Luçano Spalletti oyunöncəsi mətbuat konfransında maraqlı fikirlər səsləndirərək bunları deyib:

''İkardi də, Osimhen də son dərəcə güclü hücumçulardı. Fərqli özəlliklərə malikdilər. Birlikdə oynadıqda daha təhlükəli olurlar. Hücumçuya aid bütün ensiklopediyanı bilirlər. Cərimə meydançasında nə etməli olduqlarını da gözəl bilirlər. Biri xaos yaradır, digəri isə o xaosdan yararlanır. Yeganə çarə onları topdan mümkün qədər uzaq tutmaqdı. Əks təqdirdə bu futbolçuların səviyyələri bizə ciddi problem yarada bilər. Oyunda qərarsızlıq nümayiş etdirməməliyik. Yoxsa, rəqib dərhal bundan yararlanacaq. Komanda şəklində yaxşı oynamalıyıq. İtaliya çempionatında son matçda yaşananlar artıq geridə qaldı. Onları bura daşımamalıyıq. Bu cür oyunlar hər kəs üçün yüksəliş anı ola bilər. Hər şeyə hazırlıqlı olmalı və meydanda yaşananlara düzgün reaksiya verməliyik. Karyeramda daha öncə bu cür matçlar çox olub. Öz oyunumuzu oynamalı və ''Qalatasaray''ın sürprizlərinə hazır olmalıyıq. Təzyiqdən qurtulmalı və oyunu meydanın onlara aid hissəsinə yıxmalıyıq. Bəlkə də bunu həyata keçirə bilməyəcəyik. Amma ən azı niyyətimiz budu. ''Qalatasaray''ın əvvəlki oyunlarını izləmişik. Okan Burukun nə qədər yaxşı məşqçi olduğunun fərqindəyik. Güclü xarakterə malikdi. Bizi hər baxımdan çətin oyun gözləyir. Təzyiq hiss etmirik. Hansı səviyyədə olduğumuzu göstərmək istəyirik. Meydana yalnız qələbə üçün çıxacağıq''.
Избранный
71
11
football-plus.az

10Источники