RU

Rusiyada hərbçilər haqqında məlumatları Kiyevə ötürən Krasnodar sakini tutulub

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTB) əməkdaşları Krasnodarda xüsusi hərbi əməliyyat iştirakçıları haqqında məlumat toplayan və onu Ukrayna kəşfiyyat xidmətlərinin nümayəndələrinə ötürən yerli sakini saxlayıblar.

Herbiand.az bildirir ki, bu barədə FTB-nin bölgə departamenti məlumat yayıb.

Müstəntiqlər 1985-ci il təvəllüdlü olan şəxsin “radikal Ukrayna ideologiyasının” tərəfdarı olduğunu müəyyən ediblər. Məqsədlərinə çatmaq üçün Krasnodar sakini döyüş əməliyyatlarında iştirak edən Rusiya Müdafiə Nazirliyinin hərbçiləri haqqında topladığı şəxsi məlumatları Telegram vasitəsilə yazışmaqla paylaşıb. Bu qrupun üzvləri arasında Ukrayna kəşfiyyat xidmətlərinin üzvləri də olub.

Həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 5 maddəsi, o cümlədən “Dövlətə xəyanət” və “Terror fəaliyyəti törətməyə açıq çağırışlar” üzrə cinayət işləri açılıb. Departamentdən bildirilib ki, təqsirləndirilən şəxs üçün maksimum cəza ömürlük həbsdir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
79
herbiand.az

1Источники