RU

İtaliya Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayında Azərbaycandan İtaliyaya 861,7 milyonABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,848 milyonton xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 71 milyon ABŞ dolları (7,6 faiz) azalıb, həcm baxımındanisə 160 min tondan çox (9,5 faiz) artıb.

Ötən ilin yanvar ayında Azərbaycandan İtaliyaya 932,7 milyondollar dəyərində bitumlu süxurlardan əldə edilmiş 1,688 milyon tonneft və neft məhsulları ixrac olunub.

Hesabat dövrü ərzində İtaliya Azərbaycandan ən çox neft idxaledən öləkər sırasında birinci yer tutub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məqalədə:
Избранный
24
1
az.trend.az

1Источники