RU

Türkiyədə daha bir kluba həbs qoyuldu 8 nəfər saxlanıldı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin İstanbul daxil olmaqla 5 vilayətində keçirilən qanunsuz mərc əməliyyatı zamanı 8 şübhəli saxlanılıb. Demokrat.az xəbər verir ki, istintaq çərçivəsində "Diyarbəkirspor" klubu ilə yanaşı 3 şirkət, 6 avtomobil, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 iş obyektinə həbs qoyulub.İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları, Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) hazırladığı hesabat əsasında, İstanbul Anadolu Respublika Prokurorluğunun koordinasiyası ilə “qanunsuz mərc” cinayəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirib.Araşdırmalar zamanı müəyyən edilib ki, bir idman klubunun keçmiş prezidenti və bəzi rəhbər şəxslər qanunsuz mərc saytının sahibləridir və bu fəaliyyətdən əldə edilən cinayət gəlirlərini bəzi idman klubları vasitəsilə yuyublar.Bu yolla əldə olunan vəsaitlərin klubun mühasibi və bəzi əməkdaşların bank hesabları vasitəsilə klub hesablarına köçürüldüyü də müəyyən edilib. Bundan sonra İstanbul, Ankara, İzmir, Hatay və Diyarbəkirdə müəyyən edilmiş ünvanlara eyni vaxtda əməliyyat keçirilib.Əməliyyat nəticəsində 8 şübhəli saxlanılıb, həmçinin "Diyarbəkirspor" klubu ilə yanaşı müxtəlif aktivlərə həbs qoyulub. Şübhəlilər prosessual əməliyyatlar üçün polis idarəsinə aparılıblar.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
demokrat.az

1Источники