RU

“Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir”

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sərhədçi”nin oyunçusu Ceymond Vinsent klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, basketbolçu komandanın çıxışından söz açıb:

– Komanda son oyunda qələbə qazandı. Sizcə, bu qələbə komanda üçün nə dərəcədə önəmlidir?

– Bu qələbə bizim üçün çox vacib idi. Hazırda üçüncü yer uğrunda mübarizə aparırıq. Buna görə də bu, bizim üçün böyük və dəyərli qələbə oldu.

– Ümumilikdə “Sərhədçi”nin çıxışını necə qiymətləndirirsiniz?

– Açığı, çıxışımız pis deyil. Amma komanda olaraq birlikdə inkişaf etdirməli olduğumuz çox məqamlar var. Hələ də üzərində işləməli olduğumuz sahələr kifayət qədərdir.

– Oyunun ən yaxşı oyunçusu seçildiniz. Bu barədə fikirləriniz necədir?

– Buna görə minnətdaram. Amma ilk növbədə komanda yoldaşlarıma və məşqçilərimə təşəkkür etməliyəm. Onların mənə olan etimadı olmasa, bu, mümkün olmazdı.

– “Sərhədçi” qarşısına qoyduğu hədəflərə çata biləcəkmi?

– İnanıram ki, çox çalışsaq və intizamlı olsaq, məqsədimizə çatacağıq.

– Azərbaycanda özünüzü necə hiss edirsiniz? Burada qalmaq və davam etmək istərdinizmi?

– Azərbaycanı bəyənirəm, çox maraqlı ölkədir. Burada davam etmək ehtimalım da var.

– Kubok oyunları ilə əlaqədar fasilə olacaq. Bu fasilədən necə yararlanacaqsınız?

– Bu vaxtdan maksimum istifadə etməyə çalışacağıq. Zalda məşqlərimizi davam etdirəcəyik və oyunumuzu daha da inkişaf etdirmək üçün çalışacağıq ki, daha yaxşı olaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
futbolpress.az

1Источники