RU

Səhiyə Nazirliyi ətraf mühit və sağlamlıq nümunələrinin tədqiqi ilə bağlı açıqlama yayıb

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyenavə və EpidemiologiyaMərkəzinin akkreditasiyadan keçmiş laboratoriyalarında müxtəlif növanalizlər və gigiyena ekspertizasının keçirilməsı üçün məmulatlar,əşyalar və materiallar, o cümlədən bioloji nümunələr götürülərəktədqiqatlar (ölçmələr) aparılır.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin mikrobioloqu Qumru Qaibova açıqlayıb.

Onun sözlərinə görə, bu laboratoriyalara nümunələr müxtəlifmənbələrdən daxil olur. Rayon və şəhər Gigiyena və EpidemiologiyaMərkəzləri, səhiyyə müəssisələri, su təminatı obyektləri,istehsalat obyektləri, ətraf mühitin su, hava, torpaq nümunələri,fərdi şəxslər və özəl müəssisələrdən belə nümunələr daxil olur.

“Əhalinin sağlamlığının qorunması məqsədilə nümunələrinmüayinəsi standart əməliyyat prosedurları əsasında həyatakeçirilir. Nümunələrin qəbulu zamanı nümunə ilə birlikdə göndərişvərəqi təqdim olunur. Bu vərəqədə nümunənin növü (su, torpaq, qanvə s.), götürülmə vaxtı və analizin məqsədi qeyd edilir. Nümunələrqeydiyyata alınır və çeşidlənməsi aparılır. Nümunələr analizinnövünə görə müvafiq şəraitdə (məsələn, +4 °C, −20 °C, buzlu soyuqzənciri) saxlanır və aidiyyəti laboratoriyaya – bakterioloji,virusoloji, kimyəvi, radioloji laboratoriyaya yönləndirilir. Bəzinümunələr patogen mikroorqanizmlər, viruslar daşıya bilər, bu haldaxüsusi təhlükəsizlik tədbirləri tətbiq olunur”.

Qumru Qaibova qeyd edib ki, nümunənin növündən asılı olaraqfiziki-kimyəvi və mikrobioloji müayinələrin aparılması, insandangötürülmüş bioloji nümunələrdə bakterioloji və toksikolojimüayinələrin aparılması, torpaq sahələrində və nəqliyyatvasitələrində ionlaşdırıcı şüalanmanın ölçülməsi həyatakeçirilir:

“Həmçinin, içməli suyun mikrobioloji və kimyəvi göstəriciləri,atmosfer havada mikrorqanizmlər, iş yerlərinin və yaşayışməntəqələrində mikroiqlim göstəriciləri: vibrasiya, səs‑küy,səthlərdən götürülən yaxmalar, ətraf mühitin radiasiya fonununölçülməsi, pestisid, ağır metallar, toksiki maddələrin kimyəvianalizlər, dezinfeksiya tədbirlərinin effektivliyinin yoxlanılmasıhəyata keçirilir. Alınan nəticələr normativlərə uyğun müqayisəolunur. Zərurət olduqda təkrar müayinə təyin edilir”.

Избранный
25
5
az.trend.az

6Источники