RU

Qeyri peşəkar alpinistlər Everestə buraxılmayacaq

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 fevral, AZƏRTAC

Nepalın hakimiyyət orqanları qeyri-peşəkar alpinistlərə Everest (Çomolunqma) dağının zirvəsinə dırmanma lisenziyalarının verilməsini qadağan etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Nepal parlamentinin yuxarı palatası tərəfindən yekdilliklə qəbul edilən müvafiq qanun layihəsi səsvermə üçün Nümayəndələr Palatasına (aşağı palata) göndəriləcək.

Bu qərar dağ marşrutlarında həddindən artıq yüklənmə ilə izah olunur. Belə ki, alpinistlərin çoxluğu təhlükəsizlik risklərini artırır, eləcə də tullantıların yığılması səbəbindən ətraf mühitə zərər verir. “The Daily Telegraph” qəzetinin yazdığına görə, ekstremal turizmin artması və getdikcə daha çox hazırlıqsız insanın lazımi təcrübəsi olmadan zirvəni fəth etməyə çalışması əlavə narahatlıq doğurur.

Yeni qanuna əsasən, 8849 metrlik Everest dağına çıxmağa çalışan alpinistlər əvvəllər Nepalda 7 min metrdən yuxarı azı bir dağa dırmandığına dair sübut təqdim etməlidir. Qanun layihəsində həmçinin alpinistlər üçün məcburi sığorta, yaş və təcrübə məhdudiyyətləri tətbiq olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
2
azertag.az

4Источники