57 yaşlı kişi illər ərzində topladığı 20 ədəd qızıl külçəni səhvən zibilə atıb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə İtaliyanın cənubundakı Puglia bölgəsində baş verib.
Belə ki, təxminən 120 min avro (241 560 AZN) dəyərində olan qızıllar sahibi tərəfindən zibil qutusuna atılıb. Səhvini ertəsi gün anlayan şəxs polisə müraciət edib. Təhlükəsizlik kameraları və zibil maşınının marşrut araşdırılaraq yerli poliqonda axtarış aparılıb.
Qeyd edək ki, saatlarla davam edən axtarışdan sonra qutudakı 20 qızıl külçə tapılaraq sahibinə təhvil verilib. Hadisə yerli mediada “təəccüblü, amma şanslı xilas” kimi qiymətləndirilib.
Ayxanım Məlikova