2025-ci ildə nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə sərnişin daşınmasından əldə olunan gəlir 5863,6 min manat, yük daşınmasında isə 380,2 min manat təşkil etmiş və əvvəlki illə müqayisədə müvafiq olaraq 99,1 faiz və 4,9 faiz artım qeydə alınmışdır. Ümumilikdə 2025-ci il üzrə nəqliyyat və anbar təsərrüfatında ümumi məhsul buraxılışının dəyəri əvvəlki ilə nisbətən 44,2 faiz artaraq 6610,1 min manat təşkil etmişdir. 2025-ci ildə nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 883 min ton yük, 12041 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınmasında 5,5 faiz, sərnişin daşınmasında isə 6,0 faiz artım müşahidə olunmuşdur.
Cədvəl
Nəqliyyat sektorunun əsas göstəriciləri
Göstəricinin adı 2025-ci il 2024-cü il 2024-cü ilə nisbətən, faizlə
Sərnişin daşınmasından əldə olunan gəlir (min manat) 5863,6 2945,6 199,1
Yük daşınmasından əldə olunan gəlir (min manat) 380,2 362,3 104,9
Yük daşınması, min ton 883 837 105,5
Sərnişin daşınması, min sərnişin 12041 11362 106,0