[center]
[/center]Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çalışan əməkdaşların əməkhaqlarının ödənilməsində gecikmələr yaranıb.Bakupost.az-a daxil olan məlumata görə, yaranmış vəziyyət qurumda baş verən rəhbərlik dəyişiklikləri və paralel şəkildə aparılan genişmiqyaslı yoxlamalarla əlaqələndirilir.Bildirilir ki, hazırda Agentlikdə maliyyə sənədlərinin təftişi həyata keçirilir və bu proses əməkhaqlarının vaxtında köçürülməsinə təsir göstərib.Məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.Əməkdaşlar arasında narahatlıq artmaqdadır və vəziyyətin yaxın günlərdə aydınlaşacağı gözlənilir.Qeyd edək ki, Agentliyin sədri Saleh Məmmədov bu ilin fevralın 6-da vəzifəsindən azad edilib. Onun yerinə Anar Rzayev sədr təyin olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта