RU

Azərbaycan alüminium idxal və ixracını artırıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan 17,329 milyon ABŞ dollarıdəyərində 5,4 min ton alüminium və ondan hazırlanan məmulatlarixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracıötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,9 milyon ABŞdolları və ya 39,5%, həcm baxımından isə 1,1 min ton və yaxud 25,8%artıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlananməmulatların ümumi ixracda xüsusi çəkisi 0,78%, qeyri-neft sektoruüzrə xüsusi çəkisi isə 6,46% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında Azərbaycana 10,926milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlananməmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstəriciilə müqayisədə dəyər ifadəsində 255 min ABŞ dolları və ya 2,4%artım deməkdir.

Məqalədə:
Избранный
34
az.trend.az

1Источники